Səbətdə:
Səbətdə:
Səbətdə
EUR: 1.1520

Çex Respublikası Tərəfindən Ümumi Şengen Vizası almaq üçün qaydalar və prosedurlar

Viza almaq üçün lazım olan sənədlər

  • Ərizə forması ərizəçi tərəfindən doldurulmalı və imzalanmalıdır.
  • 10 illik bir vaxtda verilmiş pasport ölkəyə qayıtdıqdan sonra ən azı 3 ay etibarlılıq müddətinə malik olmalıdır.
  • Pasportun bioloji məlumatların (şəkil) olduğu səhifəsinin və bu vaxta qədər alınmış vizaların surəti
  • 2 (iki)  biometrik şəkil
  • Tibbi sığorta bütün Şengen ölkələrini əhatə etməli və nəzərdə tutulan səfər dövründə təcili yardım, müalicə və ya ölüm zamanı yarana biləcək hər hansı xərcləri ödəməli və minimum 30.000 avro dəyərində olmalıdır.
  • Səyahət və uçuş sifarişləri və ya nəzərdə tutulan digər nəqliyyat vasitələri
  • Gəlirlərin göstərilməsi məsələn:
    • son 3 ay ərzində hesab dövriyyəsi üzrə bank hesabı bəyanatı (bank tərəfindən möhürlənmiş və imzalanmış)
    • Müntəzəm gəlir mənbəyi məsələn son 3 ay üzrə əmək haqqı (və ya buna bənzər hallar)
    • Səyahət müddəti ərzində qalınacaq yaşayış yeri haqqında sənəd (sübut)
  • Aşağıdakı sənədlər kateqoriyalar üzrə təqdim olunmalıdır
    • Əgər ərizə verən şəxs işləyirsə
  • İş yerindən məktub (icazə) və ya məzuniyyət haqqında sənəd
    • Əgər ərizəçi fermerdirsə
  • Fermer təsərrüfatına malik olmağı haqqında sənəd
    • Əgər ərizəçi şirkətin sahibi və ya əməkdaşıdırsa
  • vergilərin ödənilməsi haqqında arayış
  • Şirkətin ticarət-sənaye palatasında qeydiyyatı və ticarət reyestrının büllüteninin surəti
  • Əgər ərizəçi təqaüdçüdürsə (Təqaüdün alınması haqqında arayış və ya bank hesabından çıxarış)
  • Əgər ərizəçi tələbədirsə
  • Tələbə olmağı haqqında sənəd, səyahət zamanı xərclərin ödənilməsini öz üzərinə götürən şəxsin ərizəsinin notarius tərəfindən təsdiqi.
  • Əgər ərizəçi yetkinlik yaşına çatmayan və ya 18 yaşından kiçikdirsə valideynlərdən biri və ya qanuni qəyyum ilə səyahət edirsə:

Valideynlərin notarius tərəfindən təsdiqlənmiş ərizəsi (bu şərt tək valideyn hüququ almış valideynə şamil edilmir)

  • 1.Doğum haqqında şəhadətnamə rus yaxud ingilis dillərinə tərcüməli, notarial təsdiqli (18 yaşdan aşağı hər kəs üçün)
  • 2.Şengen ölkələrarası nəqliyyat göstərilməlidir.
  • 3.Bankdan arayış, eyni bankdan olan plastik kartın nüsxəsi
  • 4.Bütün sənədlər ingilis yaxud rus dillərində qəbul olunur, şəxsiyyət vəsiqəsi istisna olmaqla
  • 5.Müraciət ərizə forması latın qrafikası ilə yalnız ingilis dilində doldurulmalıdır.
  • 6.Oteldən təsdiq məktubu imzalı və möhürlü olmalıdır.
  • 7.Səyahət müddəti ərzində qalınacaq yerlər haqqında möhürlü, imzalı sənədin olması vacibdir.

Diqqət! Pasportda digər ölkələrin ştampları ilə ləğv edilmiş əvvəlki Şengen vizalarının olması vizanın rədd edilməsinə səbəb ola bilər.
Viza vermək konsulluq xidmətlərinin müstəsna hüququdur və vizanı vermək və ya rədd etmək qərarı yalnız konsulluq tərəfindən verilir.

Əlavə məlumat üçün:
Tel: +380972582323
E-mail: abas@floriantravel.com

Çex Respublikası viza rüsumu

Standart qiymət 35€
Digər ölkələr 60€
0-12 yaş arasında olan uşaqlar üçün (12 yaşa 1 gün qalmışa qədər) Təqaüdçülər üçün (təqaüd arayışı təqdim edildiyi halda) pulsuz
Albaniya, Bosniya və Hersoqovina, Makedoniya, Moldova, Montoneqra, Rusiya, Serbiya vətəndaşları üçün 35€


Çex Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi

Bakı şəh., Cəfər Cabbarlı küç. 44, 16-cı mərtəbə
Tel:         (+99412) 436-85-56
Faks:      (+99412) 490-81-20
www.mzv.cz/baku