Səbətdə:
Səbətdə:
Səbətdə
EUR: 1.1520

Hansı sənədləri təqdim etməlisiniz?

  1. e-konsulat sistemində doldurulmuş, viza forması çap edilmiş və imzalanmışdır;
  2. 3.5 x 4.5 sm ölçülü rəngli fotoşəkil. Şəkil olmalıdır:
    1. kəskin, ağ fonda hazırlanmış və yüksək keyfiyyətli kağız üzərində çap olunmuşdur
    2. 6 aydan yuxarı olmayan,
    3. düz qabağa çəkilərək, başın yuxarısından yuxarı çiyinlərə qədər hər iki tərəfdən gözləri və üzü açıq şəkildə göstərir, üz fotoşəklin 70-80%-ni əhatə edir. Şəkilçün baş örtüyü çıxarılmalıdır.
  3. Son on ildə verilmiş pasport, planlaşdırılan geri dönüş günündən ən azı 3 ay müddətində etibarlı olmalıdır, vizalar üçün minimum 2 boş səhifə olmalıdır.  İkinci etibarlı pasportunuz varsa, viza müraciətinizə əlavə edin.
  4. Şəxsi məlumatları və fotoşəkili olan pasport səhifələrinin surəti
  5. Bütün Şengen ölkələri üçün etibarlı tibbi sığorta, ən azı 30.000 AVRO məbləğində. Çoxsaylı viza üçün müraciət edildiyi təqdirdə, sığorta ilk giriş tarixini əhatə etməlidir
  6. Viza almaq üçün müraciət etdiyiniz Konsulluq olan ölkədə qanuni yaşayış yerini təsdiqləyən şəxsiyyət sənədinin surəti.
  7. Sənədlərin uyğunlaşdırılmış siyahısına əsasən aşağıdakıları təqdim etməlisiniz:

            1. Uçuş biletin bronu və ya planlaşdırılan səyahət zamanı digər nəqliyyat  vasitələrinin istifadə olunduğu haqqında məlumat

 2. Yaşayışı təsdiq edən sənəd (məsələn, rəsmi dəvətnamə və ya otel rezervasiyası)

 3. Maliyyə vəsaitin mövcudluğunu təsdiq edən sənəd

 4. İş yerindən arayış

 5. Şagirdlər və tələbələr üçün məktəbdən və ya universitetdən arayış

 

Həm də səyahət məqsədindən asılı olaraq aşağıdakı əlavə sənədləri təqdim etməlisiniz:

 

TURİZM - planlaşdırılan səyahətin marşrutu

 

İŞGÜZAR səfər

  •  
  • Qəbul edən qurumdan milli qanunvericiliyə uyğun olaraq səlahiyyətli orqanlar tərəfindən təsdiq edilmiş yazılı müraciət.
  • Azərbaycanda qeydiyyata alınmış dəvət olunmuş hüquqi şəxs tərəfindən verilən məlumatlar.

 

TƏHSİL, TƏLİM,  MÜBADİLƏ PROQRAMLARINDA VƏ DİGƏR ELM TƏDBİRLƏRİNDƏ İŞTİRAK

  •  
  • Qəbul edən məktəb, universitet, institut tərəfindən, sözügedən tədbirdə şagird və ya  tələbə siyahısına daxil olub/olmaması haqqında yazılı ərizə

 

RƏSMİ SƏFƏR

  • Beynəlxalq təşkilatdan və ya səlahiyyətli orqan tərəfindən təstiq edilmiş dəvətnamə
  • Vizaya müraciət edən şəxsin Avropa İttifaqının üzv dövlətin ərazisində təşkil edilən rəsmi görüşlərdə, məsləhətləşmələrdə, danışıqlarda və ya mübadilə proqramlarında və tədbirlərində iştirak etmək üçün Avropa İttifaqının üzv dövlətə gedən rəsmi nümayəndə heyətinin üzvü olduğunu təsdiqləyən qurum tərəfindən tərtib edilmiş rəsmi məktub (dəvətnamə).

 

AİLƏ ÜZVLƏRİN VƏ YA DOSTLARIN ZİYARƏTİ

  •  
  • Yaxın qohumlara - həyat yoldaşına, uşaqlarına, valideynlərinə (qanuni qəyyumlar da daxil olmaqla), nənə və babalara, nəvələrə - Avropa İttifaqının üzv dövlətlərdən birinin milli qanunvericiliyinə uyğun hazırlanmış Avropa İttifaqının üzv ölkələrinin yazılı və təstiqlənmiş  dəvətnaməsi; - ailə münasibətlərinin mövcudluğunu təsdiq edən sənəd; - ziyarət edilən şəxsin həmin ölkədə yaşayışını təsdiq edən sənəd.
  • Yuxarıda göstərilən yaxın ailə üzvləri və ya dostları istisna olmaqla, ailəni ziyarət etmək məqsədilə edilən səfərlər üçün: - dəvətnamə; 
  • Başqa bir şəxs tərəfindən yaşayış xərclərinin  ödənilməsinin təsdiqlənməsi və ya fərdi şəxslə birlikdə yaşayış yerinin təsdiqlənməsi;
  • Dəfn mərasimində iştirak: ölümü təsdiq edən rəsmi sənəd və vizaya müraciət edənin ilə dəfn edilənin arasında ailə və ya digər münasibətlərin təsdiqlənməsi.
  • Hərbi və ya mülki qəbirstanlığına baş çəkmək istəyən şəxslər: məzarın mövcudluğunu və qorunub saxlanmasını,vizaya müraciət edənin  ilə dəfn edilənin arasında ailə və ya digər münasibətləri təsdiqləyən rəsmi sənəd.

 

TİBBİ MÜALİCƏ MƏQSƏDİ İLƏ SƏFƏR

  •  
  • Müəyyən bir tibb müəssisəsi tərəfindən verilmiş, həmin müəssisədə səfər edən şəxsə müalicə göstərilməsinin zəruriliyini, onu müşayiət edən şəxsə ehtiyac duyulduğunu və müalicə xərclərini ödəmək üçün kifayət qədər vəsaitin olmasını təsdiq edən rəsmi sənəd.

 

BEYNƏLXALQ İDMAN TƏDBİRLƏRDƏ VƏ YARIŞLARDA İŞTİRAK ÜÇÜN

(müşayiət edən şəxslər üçün həmçinin)

  •  
  • Qəbul edən təşkilatın, səlahiyyətli orqanların, Aİ-nın üzv dövlətlərin və ya Azərbaycan Respublikasının Milli İdman Federasiyalarının və ya Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin və ya Aİ-nın üzv dövlətlərin Milli Olimpiya Komitələrinin yazılı müraciəti
  • Azarkəşlər olduğu halda: bilet/vauçer

 

ELM, MƏDƏNİYYƏT TƏDBİRLƏRİ VƏ YAXUD UNİVERSİTET VƏ DİGƏR MÜBADİLƏ PROQRAMLARINDA İŞTİRAK EDƏN ŞƏXSLƏR ÜÇÜN

  •  
  • Bu tədbirlərdə iştirak etmək üçün qəbul edən təşkilatın yazılı müraciəti;
  • Mədəni / bədii tədbirlərin tamaşaçıları və ya qonaqları qəbul bileti  və vouçeri təqdim etməlidirlər.

 

AZƏRBAYCAN RESPUBLİKASINDA VƏ YA Aİ-nın ÜZV DÖVLƏTLƏRİNİN ƏRAZİSİNDƏ QEYDİYYATDA OLAN NƏQLİYYAT VASİTƏLƏRİ İLƏ, AZƏRBAYCAN RESPUBLİKASININ VƏ Aİ-nın ƏRAZİLƏRİ ARASINDA TRANSPORT VƏ SƏRNİŞİN VƏ YA YÜK DAŞINMASININ XİDMƏTİNİ GÖSTƏRƏN SÜRÜCÜLƏR

  •  
  • Milli şirkət və ya Azərbaycan Respublikası nəqliyyat şirkətləri birliyi (assosiasiyası) və ya beynəlxalq avtomobil nəqliyyatı ilə məşğul olan Aİ-nın üzv dövlətlərin milli nəqliyyat şirkətləri və ya birlikləri tərəfindən məqsədlərin, marşrutun, müddətin göstərildiyi yazılı müraciəti.

 

JURNALİSTİKA FƏALLİYƏTİ İLƏ MƏŞĞUL OLAN  VƏ İŞGÜZAR MƏQSƏDİ İLƏ SƏFƏR EDƏN  MÜŞAYİƏT HEYƏTİ ÜÇÜN

  •  
  • Peşəkar təşkilat və ya vizaya müraciət edən şəxsin  işəgötürən tərəfindən verilmiş, peşəkar bir jurnalist olduğunu sübut edən və səfərin məqsədinin bir jurnalist vəzifəsi ilə əlaqəli olduğunu təsdiq edən sənəd və ya vizaya müraciət edən şəxsin müşayiət edən texniki qrupun üzvü olduğuna dair sənədlər.

 

ŞƏHƏR TƏRƏFDAŞLAR TƏRƏFİNDƏN TƏŞKİL EDİLMİŞ RƏSMİ MÜBADİLƏ PROQRAMLARI

  •  
  • Aİ-nın üzv dövlətlərdən birindən bu şəhərlərin icra hakimiyyətinin rəhbərlərindən / bələdiyyə sədrlərindən yazılı müraciət.

 

Aİ-NIN ÜZV DÖVLƏTLƏRDƏN BİRİNDƏ BAŞ VERƏN BEYNƏLXALQ SƏRGİLƏRDƏ, KONFRANSLARDA, SİMPOZİUMLARDA, VƏ YA DİGƏR TƏDBİRLƏRDƏ İŞTİRAK EDƏN NÜMAYƏNDƏLƏR ÜÇÜN.

  •  
  • Aİ-nın üzv dövlətlərdən birindən qəbul edən təşkilatın vizaya müraciət edən şəxsin tədbirdə iştirak etdiyi barədə təsdiq sənədi.

 

MÜLKİ CƏMİYYƏTİN NÜMAYƏNƏDLƏRİ TƏHSİL, TƏLİM,  MÜBADİLƏ PROQRAMLARINDA VƏ DİGƏR ELM TƏDBİRLƏRİNDƏ İŞTİRAK

  •  
  • Qəbul təşkilat tərəfindən, sözügedən tədbirdə iştirakçılar siyahısına daxil olub/olmaması haqqında yazılı ərizə  və qəbul edən tərəfin mülki təşkilatının dövlət reyestrində olması haqqında sənəd

 

Yetkinlik yaşına çatmayan  şəxslər (18 yaşa çatmamış)  və ya valideynlərindən biri ilə birlikdə səyahət edənlər üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.:

  • Valideynin/Valideynlərin  vizaya müraciət etmək üçün təstiqlənmiş yazılı razılıq ərizəsi. Əgər yalnız bir qəyyum varsa, doğum haqqında şəhadətnamə, valideyn səlahiyyətlərini verən məhkəmə qərarı və ya digər valideynin ölüm şəhadətnaməsi təqdim olunmalıdır.
  • Valideynlərin pasportu - əsli və sürəti
  • Doğum haqqında şəhadətnamə - əsli və sürəti

 

Unutmayın:

  • Viza üçün daimi yaşayış yerinizi əhatə edən diplomatik nümayəndəliyin Konsulluq Şöbəsində müraciət etməlisiniz.
  • Qanunlara uyğun olaraq, yuxarıda göstərilən sənədlər qərar vermək üçün kifayətdir, lakin konsul əlavə sənəd tələb edə bilər.
  • Viza müraciətləri planlaşdırılan səfərdən 6 ay əvvəl (dənizçilər olduğu təqdirdə 9 ay), gediş tarixindən 15 gündən gec olmayaraq təqdim edilə bilər.
  • Konsul vizaya müraciət edən şəxsə Konsulluq Şöbəsinə görüş üçün dəvət etmək hüququna malikdir, lakin məcburiyyətində deyil.
  • Saxta sənədlərin təqdim edilməsi və saxta məlumatların verilməsi Şengen Dövlətlərinə giriş qadağanına səbəb ola bilər.
  • Viza Şengen bölgəsinə girməyə zəmanət vermir - son qərarı həmişə sərhədi keçməyi planlaşdırdığınız ölkənin orqanları qəbul edir.

Polşa Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi
Azərbaycan, AZ-1000, Bakı Kiçik Qala küç. 2, İçəri Şəhər
Tel:         +994 (12) 492 01 14
Faks:      +994 (12) 492 02 14
www.baku.msz.gov.pl

Konsulluq Şöbəsi

Telefon: (+994) 497 47 08

Fövqəladə hallarda əlaqə üçün: (+994) 50 270 70 20

Viza şöbəsi (giriş qala divarlarının tərəfindəndir):

bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı, saat 10.00 - 14.00

Hazır vizalarla pasportların və digər sənədlərin verilməsi:

bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı, saat 09.30- 10.00

E-mail: BAKU.AMB.WK@MSZ.GOV.PL