Günün icmalı:
01:00 – Qrupun Romada (Fiumicino hava limanı) qarşılanması
02:00 – Oteldə yerləşmə
09:00 – Səhər yeməyi
10:00 – Roma üzrə piyada ekskursiya
20:00 – Avtobusla Terni şəhərinə səyahət (~106 km)
22:00 – Oteldə yerləşmə
Günün təəssüratları:
Əvvəlcə Romanın ən məşhur yerlərinə gedəcəyik: Kolizey, Konstantin tağı, İmperator forumları, Kapitoli, Campidoglio panoram meydançası, Venesiya meydanı, “Mussolini balkonu”, Trevi fəvvarəsi, Panteon, Navona meydanı və sair.
Ekskursiyadan sonra, sərbəst vaxtda tövsiyə edirik:
Turistlərdən uzaqda Borqezə parkında piknik edin.
və ya
“Elə o məşhur” Vatikanı ziyarət edin.
və ya
Turistlərin az gəldiyi Monti rayonunun ab-havasında istirahət edin.
Günün icmalı:
09:00 – Səhər yeməyi
10:00 – Avtobusla Bolonya şəhərinə səyahət (~330 km)
15:00 – Şəhər üzrə piyada ekskursiya
20:00 – Avtobusla Mestre şəhərinə səyahət (~160 km)
23:00 – Oteldə yerləşmə
Günün təəssüratları:
Bu gün Bolonyada bizi parlaq və isti təəssüratlar gözləyir. Şəhər bizi xüsusi bir ab-hava ilə qarşılayacaq — orta əsr memarlığı, universitet enerjisi və küçələrdən gələn ləzzətli qoxuların qarışığı.
Gastronomik kəşflərsiz də ötüşməyəcəyik: burada “bolonez” adlandırılan tagliatelle al ragu pastası öz əsl dadında — zəngin, ətirli və inanılmaz dərəcədə ləzzətli olacaq.
Günü icmalı:
08:00 – Oteldə səhər yeməyi
09:00 – Avtobus və katerlə Venesiyaya səyahət
! Venesiyaya qədər katerlə hərəkət turun qiymətinə daxil deyil
11:00 – Venesiya üzrə piyada ekskursiya
13:00 – Sərbəst vaxt + Əlavə ekskursiya: katerlə Böyük Kanal üzrə gəzinti
19:00 – Avtobusla Veronaya səyahət (~120 km)
22:00 – Oteldə yerləşmə
Günün təəssüratları:
118! Yox, siz bir təsəvvür edin: 118 ada, 150 kanal və 400 körpü — və bu, Venesiyanın yalnız kiçik bir hissəsidir. Və biz sizə bu şəhər haqqında yalnız bunu deyəcəyik: bura gəlməli və öz gözlərinizlə görməlisiniz, hələ tamamilə suyun altına getməmişkən.
+ Əlavə ekskursiya: katerlə Böyük Kanal üzrə gəzinti
Böyük Kanal – Venesiyanın əsas su arteriyasıdır. Və elə bil kanal da kanaldır, amma şəhərdə daha heyrətamiz bir yer tapmaq çətindir! Məsələ ondadır ki, məhz bu kanal boyunca Venesiyanın ən məşhur və möhtəşəm binaları yerləşir... Qədim saraylar, kilsələr, qalereyalar, meydanlar... Venesiya karnavalı, festivalların keçirildiyi yerlər, Kazanovanın evi, dəbdəbəli saraylar, “Turist” filminin çəkildiyi yerlər və daha çoxu – bütün bunlar Böyük Kanalda! Yeni təəssüratlara və Venesiyanın ən dəbdəbəli fotolarına doğru yola çıxın!
Günü icmalı:
09:00 – Səhər yeməyi
10:00 – Verona üzrə piyada ekskursiya
13:00 – Sərbəst vaxt
18:00 – Avtobusla Milana səyahət (~170 km)
21:00 – Oteldə yerləşmə
Günün təəssüratları:
Veronada dünyanın üçüncü ən böyük amfiteatrı – Arena yerləşir.
Veronada roman üslubunun ən yaxşı əsərlərindən biri hesab olunan San-Zeno Maçore bazilikası var.
Veronada həmçinin Trava meydanı yerləşir. Burada siz Tacirlər evini və Bələdiyyə binasını görəcəksiniz.
Veronada olmayan yeganə şey isə Cülyettadır. Amma, əlbəttə ki, burada onun evi var – İtaliyanın ən romantik görməli yeri, bütün dünyanın tanıdığı məşhur məkan!
Günü icmalı:
09:00 – Səhər yeməyi
10:00 – Milan üzrə piyada ekskursiya
13:00 – Sərbəst vaxt
18:00 – Avtobusla Montekatini-Terme şəhərinə səyahət (~310 km)
23:00 – Oteldə yerləşmə
Günün təəssüratları:
Avtobusda böyük baqaj bölməsi var, Milanda isə həmişə (hətta onlarla) mağaza tapmaq mümkündür ki, orada nəhəng endirimlər olur. Görünür, bu şəhərdə sərbəst vaxtınızı necə keçirəcəyinizi tapa biləcəksiniz.
Şəhərdə gəzinti zamanı isə yəqin diqqət yetirəcəksiniz ki, Milan digər İtaliya şəhərlərindən fərqlənir — elə Nyu-Yorkun ABŞ-dakı digər şəhərlərdən fərqləndiyi kimi. Burada daha çox yeni binalar, səs-küy, dəb, parıltı və işıq var. Bunun fonunda isə orta əsr binaları hələ də qürurla seçilir: Duomo, Vittorio Emanuele qalereyası, La Scala, Brera kvartalı, Monte-Napoleone, “novilyi” kanalları və Leonardo da Vinçinin “Sonuncu Şam yeməyi” əsəri saxlanılan Santa Maria delle Grazie.
+ Əlavə ekskursiya: Komo gölü
Komo gölünə səyahət iki tip insana uyğun gəlir:
Milanın səs-küyündən yorulanlara və Alpların ətəyindəki gölün möhtəşəm təbiətindən, unikal iqlimindən və saysız-hesabsız botanika bağlarının ətrindən zövq almaq istəyənlərə.
Böyük şəhərdəki dəli şoppinqin onlara kifayət etmədiyini düşünənlərə və evlərinə dünya şöhrətli brendlərin əsərləri ilə yanaşı, ailəvi butiklərin unikal məhsullarını da aparmaq istəyənlərə.
Və əlbəttə, biz sizə burada çəkilmiş filmlər, çimmək üçün ən yaxşı məkanlar, yerli ipək istehsalçıları və möhtəşəm Punto Panoramicoya qalxan funikulyorun start nöqtəsi barədə danışacağıq!
Cədvəl:
08:00 – Oteldə səhər yeməyi
09:00 – Avtobusla Florensiyaya səyahət (~60 km)
11:00 – Florensiya üzrə piyada ekskursiya
Florensiyada ictimai nəqliyyatla hərəkət (turun qiymətinə daxil deyil)
14:00 – Sərbəst vaxt + Əlavə ekskursiya: Pizaya səyahət
19:00 – Avtobusla tranzit otelə səyahət (~230 km)
22:00 – Oteldə yerləşmə
Günün təəssüratları:
Əlbəttə, ekskursiya zamanı siz Mikelancelo, da Vinçi, Aliqyeri, Çellini, Botticelli, Giotto, Makkiavelli və Petrarkanın toxunduğu bütün yerləri görəcəksiniz. Bu, onların şəhəridir.
Amma biz düşünürük ki, ekskursiyadan sonra, hamı “cəhənnəm dairələri” olan maqnitlər axtarmağa dağıldıqda, sizin mütləq qaçmaq şansınız olmalıdır. Replay Store mağazasını ziyarət edin – içərisində həqiqi lianlar böyüyür. 6 km yol qət edin (müntəzəm avtobus var, biz yoxlamışıq) və Mikelancelo meydanına qalxaraq şəhərə yuxarıdan baxın. Və nəhayət, sadəcə toskan şərabını dadın! Əgər şəhərdə gəzmək və şərab dequstasiyası əvəzinə ilham almaq istəyirsinizsə, sizin üçün əla bir ekskursiyamız var!
+ Əlavə ekskursiya: Piza
Pizaya gəldiyiniz zaman, bu sizdə təbəssüm yaradacaq. Həmişə belə olur – turistlərin yıxılan qülləni “dayandırmağa çalışmasını” kənardan izləyəndə.
Amma bu yıxılan memarlıq şah əsərindən başqa burada görməli çox şey var. Baptisteri – pasxa kuliçini xatırladır; Borgo-Stretto piyada kvartalı isə dəbdəbəli geyinmiş, rahat italyanlarla doludur… Mərkəzdən bir az aralananda isə çoxlarının ağlına gəlməyən bir foto çəkin: Piza qülləsini iki barmağınızla “tutun”!
Günü icmalı:
09:00 – Səhər yeməyi
10:00 – Romanın Fiumicino hava limanına transfer
Son təəssüratlar:
Səyahət başa çatdı, amma kədərlənməyə dəyməz!
Biz dəqiq bilirik: zəngin proqramdan sonra dincəlib, siz də Fileas Fogg kimi yenidən yola çıxacaq və Avropanın, eləcə də bütün dünyanın digər paytaxtlarını fəth edəcəksiniz!
Əlavə məlumatlar:
- Tur programına uyğun olaraq İtaliya vizasına müraciyyət edilməlidir və ya digər ölkələrin etibarlı Şengen vizaları olmalıdır;
- Uşaqlar üçün yaş həddi: 4–11.99 yaş. 4 yaşdan kiçik uşaqlar tura qəbul edilmir.
- Uşaqlar üçün qiymər DBL+CHLD otaq tipində mümkündür;
- Sərbəst vaxtlarda avtobus müşayiəti təmin edilmir;
- Turoperator fövqəladə hallarda ekskursiyaların sırasını dəyişdirə və ya ekvivalentləri ilə əvəz edə bilər;
- City tax, checkpoint və əlavə ekskursiyaların ödənişi turistlər tərəfindən tur zamanı yalnız nağd şəkildə avro ilə həyata keçirilir.
- 1/2 TWIN rezervasiyası check-in tarixinə 14 gündən az müddət qaldıqda, rezervasiyanın təsdiqlənmə imkanı öncədən satış meneceri ilə mütləq dəqiqləşdirilməlidir.
Ödəmə şərtləri:
30 EUR – tur dəyərinin zəmanətli hissəsi rezervasiya tarixindən etibarən 3 gün ərzində ödənilməlidir. Zəmanətli hissənin ödənilməməsi rezervasiyanın xəbərdarlıq edilmədən avtomatik ləğvi ilə nəticələnəcək.
Turun dəyərinin 100%-i turun başlamasına ən geci 14 gün qalmış ödənilməlidir.
Ləğv şərtləri:
Turun ləğvi zamanı, turun başlamasına qədər olan vaxtdan asılı olmayaraq, turun ləğv edilməsinin səbəbindən (vizadan imtina, aviabiletlərin olmaması, xəstəlik və s.) asılı olmayaraq, turun zəmanətli hissəsi (adam başına 30 EUR) geri qaytarılmır.
Turun başlamasına 14 gündən az qalmış tur ləğv edilərsə, cərimə turun dəyərinin 100%-ni təşkil edir.