Günün icmalı:
08:00 Qrupun Budapeşt hava limanında qarşılanması
09:00 Avtobusla Brno şəhərinə səyahət (~350 km)
14:00 Oteldə qeydiyyat
14:30 Azad vaxt + Vyanaya əlavə ekskursiya
Əlavə ekskursiya:
Vyana o qədər məşhurdur ki, onu təsvir etməyə ehtiyac yoxdur. Sadəcə axtarış sisteminə iki söz yazın: “on” və “Vyana”. Qarşınıza dərhal çoxlu variant çıxacaq: “Vyananın on görməli yeri”, “Vyanada on maraqlı məkan”, “Vyananın on gizli yeri”... siyahı sonsuzdur. Elə buna görə də Avstriyanın paytaxtını səyahətdə buraxmaq mümkün deyil.
Ekskursiyanın təxmini müddəti: 6 saat
Günün icmalı:
08:00 Səhər yeməyi
09:00 Avtobusla Drezdenə səyahət (Almaniya ~360 km)
14:00 Drezden üzrə piyada ekskursiya
18:00 Avtobusla Hannoverə səyahət (Almaniya ~400 km)
23:30 Oteldə qeydiyyat
Günün təəssüratları:
İkinci Dünya müharibəsi dövründə Drezden tamamilə dağıdılmışdı (yalnız Xolera fəvvarəsi zərər görməmişdi), və əhalinin böyük hissəsi həlak olmuşdu. Lakin müharibədən sonrakı illərdə şəhər bərpa edildi və indi biz əsas istiqamətimiz — Amsterdam — səfərindən əvvəl onun gözəlliyindən həzz ala bilərik.
Siz görəcəksiniz: eyni zamanda roma üslubu, barokko və neorenessans üslublarını özündə birləşdirən saray, “Hökmdarların yürüşü” pannosu, Nəciblik fəvvarəsi (Xolera fəvvarəsi), Zvinger saray–park kompleksi, Zemper opera teatrı, Kafedral kilsə və İncəsənət Akademiyası (yerlilər onun adını “şirəçəkən” qoyublar).
Günün icmalı:
08:00 Səhər yeməyi
09:00 Avtobusla Amsterdama səyahət (~380 km)
14:00 Amsterdam üzrə piyada ekskursiya
16:00 Azad vaxt
21:00 Oteldə qeydiyyat
Günün təəssüratları:
Vəssalam! Nəhayət dincələ bilərsiniz! Siz çatıbsınız və bütün günü gəzmək, baxmaq, yemək, içmək və Amsterdamda «nə edəcəyinizi özünüz yaxşı bilirsiniz»! Amma əvvəlcə ətrafı kəşf edək. Ekskursiyaya başlayırıq!
Amsterdam haqqında bir neçə maraqlı fakt. Dam meydanının qadınlara heç bir aidiyyəti yoxdur, hərçənd onlar burada kifayət qədər çox gəzirlər. Milli abidə “Tanrının ulduzlarına baxır” (bunun nə demək olduğunu bələdçidən soruşun). Kral sarayının bələdiyyə binasını Rembrandt bəzəmişdi (o həmçinin burada — Amsterdamda — Qərb kilsəsində dəfn olunub). Yeni kilsə isə ona görə tikilib ki, Köhnə kilsə bütün ibadət edənləri sığdırmırdı. Ən bahalı küçə olan Kalverstraat isə… dana bazarının şərəfinə adlandırılıb. Burada dayanmaq lazımdır, yoxsa biz artıq bələdçinin çörəyini əlindən alırıq!
Günün icmalı:
08:00 Səhər yeməyi
09:00 Amsterdamda azad gün
+ Əlavə ekskursiya: Zaans Schans və Volendam
20:00 Avtobusla tranzit otelə səyahət (Belçika ~180 km)
22:30 Oteldə qeydiyyat
Günün təəssüratları:
Bu gün tamamilə sizin ixtiyarınızdadır. Amsterdamda artıq olmuş olanlar üçün — keçən dəfə vaxt çatmayan yerləri ziyarət etmək üçün əla fürsətdir. İlk dəfə gələnlər üçün isə — maksimum görmək və kəşf etmək şansı. Odur ki, səhər yeməyində çox ləngiməyin və macəra axtarışına çıxın.
Əlavə ekskursiya:
Birinci gün ekskursiya zamanı Amsterdamda məşhur holland mənzərələrini tapa bilmədinizsə, narahat olmayın. Biz bilirik bütün o gözəlliklərin harada olduğunu. Gedirik Zaans Schans və Volendama.
Ekskursiyanın təxmini müddəti: 4 saat.
Günün icmalı:
08:00 Səhər yeməyi
09:00 Avtobusla Brüsselə səyahət (Belçika, ~60 km)
10:00 Brüssel üzrə piyada ekskursiya
12:00 Azad vaxt + Əlavə ekskursiya: Bryügge
20:00 Avtobusla tranzit otelə səyahət (Almaniya, ~180 km)
23:00 Oteldə qeydiyyat
Günün təəssüratları:
Brüssel haqqında nə bilirsiniz? İlk ağla gələnlər — şokolad, kiçik fontandakı oğlan heykəli və bəlkə də Brüssel vaflisi. Bəs desək ki, burada quyunun içində yerləşən muzeyi görə bilərsiniz? Və ya bütün Avropanın görməli yerlərini miniatür şəkildə? Şəhərdən çıxmadan kənd ab-havasına düşmək mümkündür. Üstəlik, binaların üzərində komiksləri oxumaq olar. Hamısı bir neçə addım məsafədə!
Hər iki ildən bir (cüt illərdə) şəhərin meydanlarından birində nəhəng canlı çiçək xalçasını görmək olur.
Və bir maraqlı fakt: məşhur "kiçik fontandakı oğlan" əslində surətdir. Orijinal heykəl çoxsaylı oğurluq cəhdlərindən sonra muzeyə yerləşdirilib.
Əlavə ekskursiya: Bryügge
Nağıllar şəhəri Bryüggənin sehrli atmosferinə qərq olun. "Şimalın Venesiyası" adlanan bu şəhər orta əsr memarlığı, rəngarəng kanalları və rahat küçələri ilə unudulmaz təəssüratlar yaşadacaq. Bryügge — tarix, mədəniyyət və gastronomiyanın ideal birləşməsidir. Romantika və gözəl fotolar axtaranlar üçün mükəmməl seçimdir.
Günün icmalı:
08:00 Səhər yeməyi
09:00 Avtobusla Kölndə səyahət (Almaniya, ~130 km)
11:00 Köln üzrə icmal ekskursiya
12:30 Azad vaxt
15:00 Avtobusla tranzit otelə səyahət (Almaniya, Nürnberq, ~400 km)
21:00 Oteldə qeydiyyat
Günün təəssüratları:
Bu gün birdən çox şəhər görəcəyik və onların yanından sadəcə keçib getmək — əsl itki olardı. Maraqlı fakt: qədim dövrlərdə romalılar burada yaşayanları “barbarlar” adlandırırdılar. Zaman keçdi, dövrlər dəyişdi və indi alman şəhərləri intizamı, nizamı və memarlığı ilə dünya üçün nümunəyə çevrilib.
Kölnə gəldikdə isə — burada sizi şəhərin əsas incisi qarşılayır: Köln Kafedralı. XIV əsrdən etibarən Avropanın ən böyük dini tikililərindən biri olmuş və əsrlər boyu xristian zəvvarlarını özünə cəlb etmişdir. Bugünkü səyahətdə siz də onun möhtəşəmliyini yaxından hiss edəcəksiniz.
Günün icmalı:
08:00 Səhər yeməyi
09:00 Avtobusla Praqaya səyahət (Çexiya, ~300 km)
14:00 Praqa üzrə piyada ekskursiya
16:00 Azad vaxt
20:00 Avtobusla Brnoya səyahət (Çexiya, ~210 km)
23:00 Oteldə qeydiyyat
Günün təəssüratları:
Praqanın gözəlliyini təsvir etmək — kiməsə suyun yaş olduğunu sübut etməyə bənzəyir. Bu, isbata ehtiyac duymayan faktdır. Praqa qəsri, Müqəddəs Vit kilsəsi, kral sarayı, Hradçanski meydanı, Karl körpüsü…
Amma bir də başqa, qeyri-adi Praqa var. Bələdçilərin az danışdığı Praqa. Embrion abidəsi olan, alkimya və sehr muzeyi olan, ölkənin bütün dəmir yollarının işlək modelini saxlayan, televiziya qülləsində “uşaqları” gizlədən, seks maşınları muzeyi və… hətta “işəyən” fəvvarəsi olan Praqa. Və bu qeyri-adi siyahı məşhur abidələrin siyahısı qədər uzundur!
Günün icmalı:
08:00 Səhər yeməyi
09:00 Avtobusla Budapeştə səyahət (Macarıstan, ~330 km)
14:00 Şəhərdə azad vaxt
19:00 Budapeşt hava limanına transfer (Ferenc Liszt adına)
21:00 Budapeşt–Bakı reysinə qeydiyyat
Günün təəssüratları:
Əlbəttə, Budapeşt (və ümumiyyətlə Macarıstan) kral bibəri ilə məşhurdur. Amma bu şəhərə səfər etmək üçün yeganə səbəb deyil!
Budapeştdə dar küçələrdə sakitcə gəzdikcə, siz öyrənəcəksiniz: Balıqçı qalasının tarixini, hansı kral dövründə Budapeştin Kral sarayı (Buda qalası) Orta əsrlərin sonlarında ən böyük qala olub, Məryəm kilsəsinin (Müqəddəs Matyaş) neçə dəfə dağıdılıb bərpa edildiyini, Müqəddəs İştvan Bazilikasının nə qədər müddətdə inşa olunduğunu, Qəhrəmanlar meydanının yaradılmasının səbəbini, Vaydəhunyad qalasını vampirlər ilə bağlayan hekayələri və Anonimus üçün ucaldılmış abidənin hansı nailiyyətlərə görə həsr edildiyini.
Bunlar yalnız Budapeştin gözəl və maraqlı tərəflərindən bir neçəsidir.
Əlavə məlumatlar:
- Tur programına uyğun olaraq Almaniya vizasına müraciyyət edilməlidir və ya digər ölkələrin etibarlı Şengen vizaları olmalıdır;
- Uşaqlar: 3 - 11,99 yaş. (3 yaşına kimi uşaqlar tura qəbul edilmir);
- Uşaqlar üçün qiymər DBL+CHLD otaq tipində mümkündür;
- Sərbəst vaxtlarda avtobus müşayiəti təmin edilmir;
- Turoperator fövqəladə hallarda ekskursiyaların sırasını dəyişdirə və ya ekvivalentləri ilə əvəz edə bilər;
- Tur zamanı hər bir turist məcburi şəhər vergisi və yol vergisi ödəməlidir
Ödəmə şərtləri:
30 EUR – tur dəyərinin zəmanətli hissəsi rezervasiya tarixindən etibarən 3 gün ərzində ödənilməlidir. Zəmanətli hissənin ödənilməməsi rezervasiyanın xəbərdarlıq edilmədən avtomatik ləğvi ilə nəticələnəcək.
Turun dəyərinin 100%-i turun başlamasına ən geci 14 gün qalmış ödənilməlidir. Turun başlanmasına ən geci 14 gün qalmış tam ödəniş edilməməsi onun avtomatik olaraq xəbərdarlıq edilmədən ləğvi ilə nəticələnəcək.
Ləğv şərtləri:
Turun ləğvi zamanı, turun başlamasına qədər olan vaxtdan asılı olmayaraq, turun ləğv edilməsinin səbəbindən (vizadan imtina, aviabiletlərin olmaması, xəstəlik və s.) asılı olmayaraq, turun zəmanətli hissəsi (adam başına 30 EUR) geri qaytarılmır.
Turun başlamasına 14 gündən az qalmış tur ləğv edilərsə, cərimə turun dəyərinin 100%-ni təşkil edir.