Günün icmalı:
07:00 – Qrupun Budapeştdə qarşılanması (BUD – Ferenc Liszt hava limanı)
Vaxt təxmindir. Bakı–Budapeşt reysini diqqətlə izləyirik və təyyarə eniş etdikdən 30 dəqiqə sonra sizi terminalın içərisində, çıxış qapısında qarşılayacağıq.
08:00 – Avtobusla Lyublyanaya səyahət (Sloveniya, təxminən 480 km)
16:00 – Lyublyana üzrə piyada ekskursiyası
19:00 – Oteldə qeydiyyat
20:00 – Azad vaxt
Günün təəssüratları:
Bəlkə də bilmirdiniz, amma Romu Sloveniya daxilində də tapmaq mümkündür — ölkənin ən böyük siyasi və iqtisadi mərkəzi olan Lyublyanada. Burada eramızın V əsrinə qədər qədim Roma şəhəri Emona yerləşirdi.
Amma Lyublyananın şöhrəti bununla bitmir. Burada Arqonavt Yasonun məğlub etdiyi Zmey körpüsü, qədim Qala (Ljubljanski Grad) və hətta şəhərə məxsus xüsusi “lyublyana dialekti” var! Şəhərin kompaktlığı isə piyada ekskursiya zamanı bütün əsas görməli yerləri qısa müddətdə kəşf etməyə imkan verir.
Bundan əlavə, axşam saatlarında siz əsl italyan şərabını dada bilərsiniz — bu da yaxın bir neçə gün sizi əhatə edəcək moda, kino və memarlıq atmosferinə əla bir hazırlıq olacaq.
Günün icmalı:
08:00 – Səhər yeməyi
09:00 – Avtobusla Veronaya səyahət (Sloveniya, təxminən 360 km)
15:00 – Verona üzrə piyada ekskursiyası
17:00 – Azad vaxt
20:00 – Avtobusla tranzit otelə səyahət (İtaliya, Brescia, təxminən 70 km)
22:00 – Oteldə qeydiyyat
Günün təəssüratları:
Bir həqiqəti etiraf edək: insanlar Veronanı əsasən Şekspir sayəsində tanıyırlar. Halbuki çox az adam bilir ki, Verona Arenası Roma Kolizeyindən 50 il daha qədimdir, Lamberti qülləsindən şəhərin möhtəşəm mənzərəsi açılır (və ora liftlə qalxmaq mümkündür), Ponte Pietra körpüsü sanki müxtəlif parçaların birləşməsindən ibarətdir, Cülyettanın balkonunun altındakı divarları isə cəzasız şəkildə yazılamq olar.
Şekspirin bitib-tükənməyən fantaziyası sayəsində buraya dünyanın hər yerindən “toy turistləri” axışır. Amma adi bir turist üçün də şəhərdə gəzinti ən xoş təəssüratları və saysız-hesabsız gözəl fotoları özü ilə gətirir.
Günün icmalı:
08:00 – Səhər yeməyi
09:00 – Avtobusla Genuyaya səyahət (İtaliya, təxminən 250 km)
13:00 – Genuya üzrə piyada ekskursiyası
15:00 – Azad vaxt. +Əlavə ekskursiya: Portofino
21:00 – Avtobusla tranzit otelə səyahət (İtaliya, San-Remo, təxminən 150 km)
23:00 – Oteldə qeydiyyat
Günün təəssüratları:
Genuyada hər şey tamamilə fərqlidir. Monakodan sonra Genuyaya — onun qalaları, dar küçələri və Kolumbun böyüdüyü ev ilə dolu mühitinə düşmək elə bil başqa bir planetə teleportasiya olmaq kimidir. Qədim liman, minillik mayak, Marko Polonun dustaq olduğu həbsxana… və bütün bunlar İtaliyanın ən böyük akvariumu və şüşə kürə içində yerləşən botanika bağı ilə yanaşı!
Daha qəribə bir təcrübə yaşamaq istəyənlər isə Cimitero monumentale di Staglieno-ya baş çəkə bilərlər — açıq hava heykəltəraşlıq muzeyini xatırladan monumental qəbiristanlıq.
+ Əlavə ekskursiya: Portofino
Portofino. Əgər burada olmamısınızsa, deməli İtaliyada da tam olmamısınız. Cəmi 500 nəfərlik balıqçı kəndi — zamanın və məkanın sərhədlərini aşan başqa bir səyahətdir. Mənzərələr, çimərliklər, kristal təmiz su, qala və… yeni tikililərin qadağan edilməsi.
Bir sözlə, Portofinonu həyatınızda ən azı bir dəfə görməyə dəyər. Və hətta bir neçə dəfə — necə ki, Madonna, Şeron Stoun, Silvestr Stallone, Demi Mur və Corc Kluni bunu tez-tez edir.
Günün icmalı:
08:00 – Səhər yeməyi
09:00 – Avtobusla Nissaya səyahət (Fransa, təxminən 60 km)
10:30 – Nissa üzrə piyada ekskursiyası
12:00 – Azad vaxt.
+Əlavə ekskursiya: Monako və Fragonard ətir fabriki-muzeyi
16:00 – Avtobusla tranzit otelə səyahət (Fransa, təxminən 450 km)
23:00 – Oteldə qeydiyyat
Günün təəssüratları:
La-zur-nıy Be-reg… Bu ifadə ilə təsviri bitirmək də olardı, çünki hər kəsin xəyalında Lazür Sahili özünəməxsus gözəllikdədir. Kimisi üçün Nissa — filmlərin və reklam çarxlarının çəkildiyi məkandır, kimisi üçün — yüksək zümrənin mərkəzi, kimisi isə buranı təbiətinə görə sevir. Nissanın gözəlliyi bundadır: burada hər kəs üçün özünə məxsus bir guşə tapılır.
Nissanın əsas görməli yerləri Köhnə Şəhərdə yerləşir, amma təcrübəli bir bələdçi olmadan bu gözəlliklərin çoxunu heç fərq etmədən keçmək mümkündür — o qədər çoxdur ki, demək olar hər ikinci kərpic haqqında maraqlı bir hekayə danışmaq olar. Və hələ biz şəhərin yeni tarixi haqqında danışmadıq: burada Montserrat Kabalyenin, Maykl Ceksonun, Robert de Nironun, Salvador Dalinin və daha bir çox məşhurlarla bağlı inanılmaz hadisələr yaşanıb.
+ Əlavə ekskursiya: Monako
Monako knyazlığını bir günə gəzib bitirmək mümkündür — çünki dövlətin sahəsi cəmi 2 kv. km-dir (bəli, cəmi “iki”). Amma burada dolaşan pul miqdarı… qətiyyən karikatura ölçüsündə deyil :)
Dünyanın ən məşhur kazinosu, ən məşhur Formula 1 trası, ən çox foto çəkilən limanı… ümumiyyətlə, “heç bir xüsusi şey” (!). Üstəlik, bir neçə kitab yazılacaq qədər zəngin tarixə malik Köhnə Şəhər də var — amma təfərrüata varmayaq, onsuz da hər şeyi özünüz görəcəksiniz.
Günün icmalı:
08:00 – Səhər yeməyi
09:00 – Avtobusla Barselonaya səyahət (İspaniya, təxminən 250 km)
13:00 – Barselona üzrə ekskursiya və azad vaxt
21:00 – Oteldə qeydiyyat
Günün təəssüratları:
Və nəhayət, biz Antonia Qaudinin memarlıq qərarları vasitəsilə tarix danışan şəhərə çatdıq. Barselona — tapas, paelya və sangriyanın misilsiz dadını özünəməxsus atmosferdə təqdim edən, İspaniyanın ətrini və ruhunu hiss etdirən şəhərdir.
Bu elə bir şəhərdir ki, yaddaşınızdan uzun müddət silinməyəcək. Onunla tanış olmaq üçün kifayət qədər vaxtımız var. Tələsmədən, rahat şəkildə Barselonanı kəşf etməyə başlayırıq.
Günün icmalı:
08:00 Səhər yeməyi
09:00 Barselonada sərbəst vaxt
+ Əlavə ekskursiya: Güell Parkı
19:00 Avtobusla Barselona limanına transfer
20:00 İtaliyaya (Çivitavekkya) gedən bərəyə minik
Günün təəssüratları:
Bu gün arzuladığınız yerləri görmək, haqqında çox eşidib amma öz gözlərinizlə şahidi olmadığınız mənzərələrə qovuşmaq üçün əla fürsətdir. İspan mətbəxinin dadlarını şəkillərdən yox, birbaşa orada hiss etmək — günün ən böyük zövqlərindən olacaq.
Bununla yanaşı, sizə elə bir yer təklif edirik ki, ora müstəqil şəkildə getmək çətin olur. Biz isə sizin üçün hər şeyi təşkil etmişik — əlavə ekskursiyamızdan yararlana bilərsiniz.
+ Əlavə ekskursiya: Güell Parkı
Antonio Qaudinin nağılvari dünyasına səyahət sizi gözləyir. Rəngarəng mozaik oturacaqlar, sehrli kolonadalar, məşhur Keşikçi evi və Barselonanın nəfəskəsən panoraması — bütün bunlar bu parkı unudulmaz edir. Burada gəzinti yaradıcılıq enerjisi və təbiətlə harmoniyanın mükəmməl birləşməsidir. Ən möhtəşəm fotolar üçün ideal məkandır!
Günün icmalı:
08:00 Səhər yeməyi. Gün boyunca bərədə dəniz səyahəti
22:00 Bərənin İtaliyaya — Çivitavekkya limanına çatması
23:00 Avtobusla tranzit otelə transfer (İtaliya, ~50 km)
23:50 Oteldə qeydiyyat
Günün təəssüratları:
Bu gün bərədə keçirdiyiniz səyahət tam mənası ilə istirahət və ritm dəyişikliyi olacaq.
Səhərdən etibarən dənizin xüsusi abu-havası duyulur: yüngül meh, ilıq günəş və sonsuzluğa uzanan Aralıq dənizinin mənzərələri sizi qarşılayır. Sadəcə bortun kənarında dayanıb Barselonanın siluetinin yavaş-yavaş uzaqlaşmasını izləmək belə böyük zövq verir.
Gün ərzində hər kəs özünə uyğun məşğuliyyət tapacaq:
kimsə rahat lounge zonalarında dincələcək, digəri dəniz mənzərələrinin həzin gözəlliyini izləyəcək, fotoçəkilişlərlə məşğul olacaq və ya yaxın dostlarla xoş vaxt keçirəcək.
Dincəlmək, enerji toplamaq və səfərin növbəti hissəsinə hazırlaşmaq üçün ideal gündür.
Günün icmalı:
08:00 Səhər yeməyi
10:00 Aeroporta transfer (Wizz Air Rome Fiumicino)
Səyahət başa çatdı, amma buna görə kədərlənməyə dəyməz: biz əminik ki, intensiv proqramdan sonra bir az dincəlib yenidən yola çıxacaqsınız — Filias Foq kimi Avropanın və dünyanın digər paytaxtlarını fəth etməyə!
Əlavə məlumatlar:
- Tur programına uyğun olaraq Italiya vizasına müraciyyət edilməlidir;
- Uşaqlar: 3 - 11,99 yaş. (3 yaşına kimi uşaqlar tura qəbul edilmir);
- Uşaqlar üçün qiymər DBL+CHLD otaq tipində mümkündür;
- Sərbəst vaxtlarda avtobus müşayiəti təmin edilmir;
- Turoperator fövqəladə hallarda ekskursiyaların sırasını dəyişdirə və ya ekvivalentləri ilə əvəz edə bilər;
- Tur zamanı hər bir turist məcburi şəhər vergisi və yol vergisi ödəməlidir
Ödəmə şərtləri:
30 EUR – tur dəyərinin zəmanətli hissəsi rezervasiya tarixindən etibarən 3 gün ərzində ödənilməlidir. Zəmanətli hissənin ödənilməməsi rezervasiyanın xəbərdarlıq edilmədən avtomatik ləğvi ilə nəticələnəcək.
Turun dəyərinin 100%-i turun başlamasına ən geci 14 gün qalmış ödənilməlidir. Turun başlanmasına ən geci 14 gün qalmış tam ödəniş edilməməsi onun avtomatik olaraq xəbərdarlıq edilmədən ləğvi ilə nəticələnəcək.
Ləğv şərtləri:
Turun ləğvi zamanı, turun başlamasına qədər olan vaxtdan asılı olmayaraq, turun ləğv edilməsinin səbəbindən (vizadan imtina, aviabiletlərin olmaması, xəstəlik və s.) asılı olmayaraq, turun zəmanətli hissəsi (adam başına 30 EUR) geri qaytarılmır.
Turun başlamasına 14 gündən az qalmış tur ləğv edilərsə, cərimə turun dəyərinin 100%-ni təşkil edir.