07:00 – Qrupun Budapeştdə (Ferens List adına Beynəlxalq Hava Limanı) qarşılanması.
❗ Vacib: Vaxt təxminidir. Biz Bakı–Budapeşt reysini diqqətlə izləyirik və təyyarə endikdən təxminən 30 dəqiqə sonra sizi terminalın daxilində, çıxış hissəsində qarşılayacağıq.
08:00 – Budapeşt üzrə avtobusla panoramik şəhər turu.
11:30 – Avtobusla Bratislavaya (Slovakiya, təxminən 220 km) yola düşmə.
15:00 – Bratislavada otelə yerləşmə.
17:30 – Bratislavanın tarixi mərkəzində piyada gəzintisi.
Bu ekskursiya şəhərlə ilk tanışlığınız olacaq. Əsl kəşf isə sərbəst vaxtınızda başlayacaq. Artıq Balıqçı Bastionunun, Andraşi prospektinin və Müqəddəs Matyaş kilsəsinin necə göründüyünü, Buda qalasının və Qəhrəmanlar meydanının harada yerləşdiyini, həmçinin Vaydahunyad qalası və Anonimus abidəsinin tarixini biləcəksiniz.
Daha sonra zövqünüzə uyğun seçim edə bilərsiniz: möhtəşəm şəhər mənzərəsini seyr etmək üçün Gellert təpəsinə qalxmaq, ənənəvi macar mətbəxinin məşhur Csusza yeməyinin şirin variantını dadmaq və ya Dunay çayı boyunca gəmi gəzintisinə çıxaraq Budapeştin gözəlliyini fərqli rakursdan izləmək.
08:00 – Oteldə səhər yeməyi.
09:00 – Avtobusla Vyanaya (Avstriya, təxminən 70 km) yola düşmə.
11:00* – Vyanada piyada şəhər turu və sərbəst vaxt.
17:00 – Avtobusla Almaniyadakı tranzit otelinə yola düşmə (təxminən 300 km).
22:00 – Tranzit otelə yerləşmə və sərbəst vaxt.
* Qeyd: Ekskursiyanın başlama vaxtı yol şəraitindən asılı olaraq dəyişə bilər.
Vyananın tarixi mərkəzində keçirilən piyada ekskursiyasından sonra məşhur Vyana şnitselini dadmağa tələsməyin. Şəhərin əsas görməli yerlərini kəşf etdikdən sonra sizi daha maraqlı bir məkan gözləyir.
Şəhər mərkəzindən cəmi bir neçə dəqiqəlik məsafədə qızılı günbəzilə seçilən Sezession binası yerləşir. Bu bina dövrünün avanqard rəssamları üçün inşa olunmuş və məşhur rəssam Qustav Klimtin rəhbərlik etdiyi sənət hərəkatının simvoluna çevrilmişdir. Məhz burada "Öpüş" əsərinin müəllifinin yaradıcılığı ilə bağlı maraqlı izlərə rast gəlmək mümkündür.
Bu ziyarətdən sonra isə Vyananın ənənəvi mətbəxini kəşf etmək üçün nahar edə bilərsiniz. Şəhər mərkəzindən bir qədər kənarda yerləşən restoran və kafelərdə həm yerli ləzzətləri dadmaq, həm də daha münasib qiymətlərlə nahar etmək mümkündür.
08:00 – Oteldə səhər yeməyi.
09:00 – Avtobusla Münhenə (Almaniya, təxminən 150 km) yola düşmə.
12:00 – Münhendə piyada şəhər turu və sərbəst vaxt.
19:00 – Avtobusla Almaniyadakı tranzit otelinə yola düşmə (təxminən 200 km).
22:00 – Otelə yerləşmə.
Münhen qədim memarlıq ilə müasir şəhər həyatının ahəngdar şəkildə birləşdiyi şəhərlərdən biridir. Burada tarixi küçələr, möhtəşəm kilsələr, müasir şüşə göydələnlər və geniş yaşıl parklar bir-birini tamamlayaraq şəhərə özünəməxsus atmosfer bəxş edir.
Münheni sözlə təsvir etmək çətindir – onu görmək və hiss etmək lazımdır. Gözəlliyi, memarlığı və şəhərsalma baxımından tez-tez Berlinlə müqayisə olunsa da, Münhen daha sakit, daha səmimi və qonaqpərvər ab-havası ilə seçilir. Burada hər addımda Bavariya mədəniyyətini hiss edəcək, şəhərin rahat ritmi və mehriban insanları ilə unudulmaz anlar yaşayacaqsınız.
08:00 – Oteldə səhər yeməyi.
09:00 – Avtobusla Sürixə (İsveçrə, təxminən 120 km) yola düşmə. Yol üzərində əlavə olaraq Reyn şəlaləsinə ekskursiya.
15:00 – Sürixdə piyada şəhər turu və sərbəst vaxt.
18:00 – Avtobusla İtaliyadakı tranzit otelinə yola düşmə (təxminən 320 km).
23:00 – Otelə yerləşmə.
Sürix Avropanın ən zəngin və ən nizamlı şəhərlərindən biri hesab olunur. Burada hər şey dəqiqlik və yüksək həyat keyfiyyəti ilə seçilir: səliqəli küçələr, möhtəşəm memarlıq, kristal təmiz Sürix gölü və şəhərin özünəməxsus sakit atmosferi. Gündüzlər şəhər maliyyə mərkəzi kimi dinamik həyatı ilə seçilsə də, axşamlar restoranlar, kafelər və əyləncə məkanları ilə tamam fərqli ab-hava yaradır.
Şəhər turu zamanı Sürixin tarixi küçələri, qədim binaları və müasir Avropa həyat tərzinin vəhdətini yaxından hiss edəcək, sərbəst vaxtınızda isə şəhəri öz zövqünüzə uyğun kəşf edə biləcəksiniz.
Arzu edən qonaqlar üçün Avropanın ən böyük şəlaləsi olan Reyn şəlaləsinə əlavə ekskursiya təşkil olunur. Güclü su axınlarının yaratdığı möhtəşəm mənzərə, şəlalənin gurultusu və sərin təbiət havası sizə unudulmaz anlar yaşadacaq. Burada panoramik müşahidə meydançalarından ecazkar mənzərəni izləyə, əlavə ödənişlə qayıqla şəlaləyə daha yaxın məsafəyə üzə və orta əsrlərə aid məşhur Laufen qalasını görə bilərsiniz.
07:00 – Oteldə səhər yeməyi.
08:00 – Avtobusla Milan şəhər mərkəzinə yola düşmə.
09:00 – Milanda piyada şəhər turu və sərbəst vaxt.
+ Əlavə ekskursiya: Komo gölü.
19:00 – Avtobusla İtaliyanın Mestre şəhərində yerləşən tranzit otelinə yola düşmə (təxminən 280 km).
23:00 – Otelə yerləşmə.
Milan İtaliyanın moda və dizayn paytaxtı olmaqla yanaşı, zəngin tarixi və möhtəşəm memarlığı ilə də hər kəsi valeh edir. Şəhər turu zamanı əzəmətli Duomo Kafedralını, qədim bazilikaları, tarixi küçələri və məşhur kanalları görəcək, Leonardo da Vinçinin dünyaca məşhur "Sonuncu Şam Yeməyi" əsərinin qorunduğu Santa Maria delle Grazie monastırını yaxından tanımaq imkanı əldə edəcəksiniz.
Sərbəst vaxtınızda isə Milanın ən sevilən küçə yeməklərindən biri olan Panzerottini dadmağı unutmayın. Bu şəhərin özünəməxsus atmosferi, memarlığı və həyat tərzi sizi ona yenidən qayıtmaq arzusu ilə baş-başa qoyacaq.
Arzu edən qonaqlar üçün İtaliyanın ən füsunkar guşələrindən biri olan Komo gölünə əlavə ekskursiya təşkil olunur.
Bu səyahət həm Milanın gur həyatından uzaqlaşaraq Alp dağlarının ətəyində yerləşən sakit təbiətin, təmiz havanın və möhtəşəm mənzərələrin dadını çıxarmaq istəyənlər, həm də məşhur brendlərlə yanaşı ailə butiklərində təqdim olunan unikal məhsulları kəşf etmək istəyən alış-veriş həvəskarları üçün ideal seçimdir.
Ekskursiya zamanı göl sahilində yerləşən dəbdəbəli villalar, burada çəkilmiş məşhur filmlər, yerli ipək istehsalı, eləcə də şəhərin panoramik mənzərəsini təqdim edən Punto Panoramico istiqamətinə aparan funikulyor haqqında maraqlı məlumatlarla tanış olacaqsınız.
08:00 – Oteldə səhər yeməyi.
09:00 – Avtobus və gəmi ilə Venesiyaya (İtaliya, təxminən 10 km) yola düşmə.
11:00 – Venesiyada piyada şəhər turu və sərbəst vaxt.
+ Əlavə ekskursiya: Qrand Kanal boyunca qayıq gəzintisi.
17:00 – Avtobusla Orvieto yaxınlığında yerləşən tranzit otelinə yola düşmə (təxminən 420 km).
23:00 – Otelə yerləşmə.
Venesiya – adını eşitdiyiniz anda belə romantika və unudulmaz xatirələr vəd edən şəhərdir. Kanalları, körpüləri, qədim sarayları və dar küçələri ilə dünyanın ən qeyri-adi şəhərlərindən biri hesab olunan Venesiya hər kəsi özünə heyran edir.
Piyada şəhər turu zamanı Müqəddəs Mark meydanı, tarixi saraylar, qədim kilsələr və şəhərin ən məşhur görməli yerləri ilə tanış olacaq, sərbəst vaxtınızda isə Venesiyanın özünəməxsus küçələrində gəzərək bu unikal atmosferi daha yaxından hiss edəcəksiniz.
Arzu edən qonaqlar üçün Venesiyanın əsas su yolu olan Qrand Kanal boyunca qayıq gəzintisi təşkil olunur.
Bu səyahət zamanı Venesiyanın ən möhtəşəm saraylarını, tarixi kilsələrini, muzeylərini və meydanlarını tam fərqli rakursdan izləmək imkanı əldə edəcəksiniz. Məşhur Venesiya Karnavalının keçirildiyi, bir çox beynəlxalq festivalların təşkil olunduğu və "Turist" filminin bəzi səhnələrinin çəkildiyi bu əfsanəvi kanal sizə həm unudulmaz təəssüratlar, həm də möhtəşəm fotoşəkillər qazandıracaq.
07:00 – Oteldə səhər yeməyi.
08:00 – Avtobusla Roma Hava Limanına (İtaliya, təxminən 150 km) yola düşmə.
12:30 – Wizz Air aviaşirkətinin Roma – Bakı reysi üçün qeydiyyat.
Səyahətimiz burada başa çatır, lakin bu, yeni macəraların başlanğıcıdır. Ümid edirik ki, bu tur ərzində topladığınız unudulmaz xatirələr, gördüyünüz möhtəşəm şəhərlər və yaşadığınız gözəl anlar uzun müddət yaddaşınızda qalacaq.
Bir qədər dincəldikdən sonra, əminik ki, siz də yeni istiqamətlər kəşf etmək, Avropanın və dünyanın digər gözəl şəhərlərini tanımaq üçün yenidən yola çıxacaqsınız.
Florian Travel olaraq növbəti səyahətlərinizdə də sizi aramızda görməkdən məmnun olarıq. Sizə xoş uçuş, gözəl xatirələr və yeni səyahətlər arzulayırıq!
Əlavə məlumatlar:
- Tur programına uyğun olaraq İtaliya vizasına müraciyyət edilməlidir və ya digər ölkələrin etibarlı Şengen vizaları olmalıdır;
- Uşaqlar üçün yaş həddi: 4–11.99 yaş. 4 yaşdan kiçik uşaqlar tura qəbul edilmir.
- Uşaqlar üçün qiymər DBL+CHLD otaq tipində mümkündür;
- Sərbəst vaxtlarda avtobus müşayiəti təmin edilmir;
- Turoperator fövqəladə hallarda ekskursiyaların sırasını dəyişdirə və ya ekvivalentləri ilə əvəz edə bilər;
- City tax, checkpoint və əlavə ekskursiyaların ödənişi turistlər tərəfindən tur zamanı yalnız nağd şəkildə avro ilə həyata keçirilir.
- 1/2 TWIN rezervasiyası check-in tarixinə 14 gündən az müddət qaldıqda, rezervasiyanın təsdiqlənmə imkanı öncədən satış meneceri ilə mütləq dəqiqləşdirilməlidir.
- Avtobusda oturacaq yerlərinin sxemi təxmini xarakter daşıyır. Oturacaq yerləri avtobusun model və modifikasiyasından asılı olaraq dəyişə bilər və əvvəlcədən zəmanət verilmir.
Ödəmə şərtləri:
30 EUR – tur dəyərinin zəmanətli hissəsi rezervasiya tarixindən etibarən 3 gün ərzində ödənilməlidir. Zəmanətli hissənin ödənilməməsi rezervasiyanın xəbərdarlıq edilmədən avtomatik ləğvi ilə nəticələnəcək.
Turun dəyərinin 100%-i turun başlamasına ən geci 14 gün qalmış ödənilməlidir.
Ləğv şərtləri:
Turun ləğvi zamanı, turun başlamasına qədər olan vaxtdan asılı olmayaraq, turun ləğv edilməsinin səbəbindən (vizadan imtina, aviabiletlərin olmaması, xəstəlik və s.) asılı olmayaraq, turun zəmanətli hissəsi (adam başına 30 EUR) geri qaytarılmır.
Turun başlamasına 14 gündən az qalmış tur ləğv edilərsə, cərimə turun dəyərinin 100%-ni təşkil edir.