Səbətdə:
Səbətdə:
Səbətdə
EUR: 1.7600

 

 

UDUŞLU AKSİYA BAŞLADI

Dəyərli müştərilərimiz və hörmətli partnyorlarımız,

Sizi yeni kampaniyamız barədə məlumatlandırmaqdan məmnunuq. Keçirilən uduşlu aksiya çərçivəsində istənilən turizm xidmətindən yararlanaraq yarışda iştirak edə və tur hədiyyəsi qazanmaq imkanı əldə edə bilərsiniz.

Bu aksiya həm fərdi müştərilər, həm də partnyorlarımız üçün nəzərdə tutulmuşdur və hər bir iştirakçı üçün əlavə üstünlüklər yaradır.


Aksiya müddəti

18 dekabr 2025 – 30 yanvar 2026

Bu tarixlər ərzində edilmiş uyğun rezervasiyalar avtomatik olaraq aksiyada iştirak edir.


Aksiya şərtləri

  • İstənilən turizm xidməti üzrə edilmiş rezervasiya yarışda iştirak edir

  • Yalnız qismən və ya tam ödənişi həyata keçirilmiş rezervasiyalar nəzərə alınır

  • Eyni şəxs tərəfindən edilmiş bir neçə rezervasiya ayrıca iştirak haqqı kimi qiymətləndirilir

  • Rezervasiyaların sayı artdıqca qazanma şansı da yüksəlir


Qalibin müəyyən edilməsi

Qalib 02 fevral 2026 tarixində RANDOM.ORG platforması vasitəsilə təsadüfi seçim yolu ilə müəyyən ediləcək və nəticələr rəsmi kommunikasiya kanallarımızda elan olunacaq.


Aksiyanın hədiyyəsi

Qalibə aşağıdakı hədiyyə təqdim olunacaq:

  • 16 mart 2026 tarixli “İTALİYANIN İSTİ ŞİMALI” turu

  • 1/2 TWIN otaq tipi

  • Hədiyyə turundan qalibin özü və ya onun seçdiyi turist istifadə edə bilər


Əlavə məlumat

Əlavə suallarınız yarandığı halda bizimlə əlaqə saxlaya bilərsiniz. Komandamız sizə məmnuniyyətlə dəstək göstərəcək.